Albalını tanı
- Albalı Kart nədir?
Albalı Kart - 4 bank məhsulunu özündə birləşdirən beynəlxalq kartdır. Azərbaycan kart bazarı üçün bir ilk olan Albalı beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu: güzəşt müddətli kredit xətti, taksitli ödəmə imkanı olan Albalı kartı, depozit və debet kartı özündə birləşdirir.
KREDİT KARTI:
Albalı kredit xətti imkan verir ki, müştəri 10.000 AZN-dək güzəşt müddətli kredit əldə etsin. Kreditin və kredit xəttinin müddəti isə 35 ay təşkil edir.
Güzəşt müddətli kredit kartının şərtləri:
Güzəşt müddəti: var (növbəti ayın 10-a dək, yalnız nağdsız əməliyyatlara verilir)
Minimal əmək haqqı: 100 AZN
İllik faiz dərəcəsi: 25%-dən
Komissiya: 0%
Nağdlaşdırma üzrə: 1% (min 1 AZN)TAKSİT KARTI:
Albalı - ın taksit imkanı, müştəriyə Unibank-ın partnyoru olan 1000-dən artıq ticarət və xidmət məntəqəsində istədiyi məhsulu alıb, dəyərini hissə-hissə ödəmək imkanı verir. Ölkə daxilində mağazalarda alış-veriş edən zaman, müştərinin istifadə etdiyi vəsait taksitlərə ( bərabər hissələrə) bölünür. Albalı kartının sms-taksit xidməti qeyri-partnyor mağazalarda da alış-verişin dəyərini 2, 3, 6, 9, 12, 18 və ya 24 aya bölərək ödəmək imkanı verir
DEPOZİT KARTI:
Albalı həm də depozit kartıdır. Müştərinin özünün plastik kartında olan gündəlik vəsaitinə Bank tərəfindən depozit %-ləri hesablanacaq.
DEBET KART:
Albalı kartı ilə Azərbaycanda və dünyanın digər ölkələrində,eləcə də internet üzərində alış- veriş etmək, ATM dən nağd pul çıxarmaq mümkündür.Müştəri öz vəsaitini Unibank bankomatlarında nağdlaşdıran zaman, ondan % tutulmur.
*ALBALI kartından ATM, POS terminal və internet olan hər yerdə istifadə edə bilərsiniz.
ALBALI -ın DİGƏR ÜSTÜNLÜKLƏRİ:
- Kartla Card to card və Mastercard Moneysend xidmətlərindən faydalanmaq mümkündür.
- 3 D təhlükəsizlik xidmətinə qoşulduğundan, kartla internet üzərindən ödənişlər təhlükəsizdir.
Bu məlumat sizə faydalı oldumu?Təşəkkür edirik!Siz artıq öz rəyinizi bildirmisiz! - Keşbek
“Keşbek” nədir və necə qazana bilərəm?
- Gündəlik xərclədiyiniz vəsaitin bir hissəsinin kartınıza qayıtmasını istəyirsiniz? Unibank sizə bu imkanı yaradır, ödənişlərinizi Unibankın kartları ilə edin və keşbek qazanın.
- Keşbek ilə Unibank kartınızla nağdsız xərcləmələr zaman hər əməliyyat müəyyən faizinin sizə pul formasında yenidən qayıdır.
- Unibank-ın bütün Əmək haqqı kartları eləcə də ALBALI kredit və ALBALI PLUS debet kartları da daxil olmaqla digər debet kartlarında Keşbek xidməti var.
- Daha çox Keşbek məbləği qazanmaq üçün partnyor mağazalarda Unibank pos terminalı tələb edin.
Nə qədər “Keşbek” qazana bilərəm?- Unibank plastik kartları ilə edilmiş Nağdsız əməliyyat məbləğinin müəyyən hissəsi müştərinin hesabına geri qayıdır.
- Keşbek məbləği AZN valyutasında xüsusi keşbek cari hesabında toplanır
- Unibank plastik kart sahibləri Keşbek məbləğini Unibankın Mobil banking əlavəsində keşbek hesabına baxmaqla görə bilərlər.
- “Keşbek” faizi partnyorlar üzrə müxtəlifdir.
- “Keşbek” xidmətinin mövcud olduğu partnyor şəbəkə və keşbek faizləri haqqında ətraflı məlumat aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
Qeyri partnyor şəbəkə üzrə Keşbek faizləri:Albalı Mastercard World və Albalı Visa Rewards kartları üzrə seçilmiş ticarət və xidmət kateqoriyalarında 5% keşbek aşağıdakı şərtlər ilə hesablanır:
- Təqvim ayı ərzində müştəri toplam 200 AZN-dən çox nağdsız dövriyyə etdikdən sonra ona seçilmiş ticarət və xidmət kateqoriyaları üzrə 5% keşbek hesablanacaq
*Nağdsız dövriyyə dedikdə keşbek hesablanan dövriyyə nəzərdə tutulur
- 5% keşbek 200 AZN dən sonrakı nağdsız ödənişlərə şamil olunur.
- Keşbek məbləği təqvim ayı ərzində toplanır və ayın sonunda müştərinin keşbek hesabına avtomatik köçürülür
- Keşbek haqqında məlumat UBank mobil tətbiqinin "Profil" bölməsində əks olunur
- Qeyri-partnyor şəbəkə üzrə müştərinin aylıq qazana biləcəyi maksimum keşbek məbləği 50 AZN təşkil edir.
- Partnyor və qeyri-partnyor şəbəkədə aylıq qazana biləcəyi minimal məbləğ 1 AZN təşkil edir.
- 200 AZN və daha aşağı nağdsız ödənişlərə, həmçinin digər kateqoriyalar üzrə standart keşbek hesablanır.
- Standart keşbek faizi: Bütün digər nağdsız ödənişlərdə - 1%
- Yalnız çıxarışda əks olunan və şərtlərə uyğun ödənişlərin KEŞBEKLƏRİ hesaba əlavə olunur. *Ödənişlər çıxarışda bir neçə gün ərzində əks oluna bilər.
Hazırda 5% keşbek hesablanan seçilmiş ticarət və xidmət kateqoriyaları:
- Bütün yanacaqdoldurma məntəqələri
- Bütün restoran və kafelər
İstənilən marketdə yalnız Unibank Mastercard kartı və Apple Pay/NFC ilə ödəniş zamanı hesablama aşağıdakı kimidir:
- Hər 10 AZN və daha çox ödənişlər 5% keşbek qazandırır. Ümumilikdə qazanıla biləcək maksimal məbləğ 20 AZN-dir. Müştərinin 1 əməliyyat üzrə maksimum qazana biləcəyi məbləğ 10 AZN-dir (birdəfəyə 200 AZN-dən çox ödəniş etdikdə 10 AZN dəyərində keşbek qazana bilər).
Qeyd: digər kartlarımız üzrə nağdsız əməliyyat zamanı 0,1%(standart) və 0,3%( premium) həcmində keşbek hesablanır.
Bu əməliyyatlara görə keşbek bonusu hesablanmır:
- Nağd əməliyyatlar,
- Birja – Forex əməliyyatları,
- Mərc oyunu saytlarında (Quasi cash/gambling) edilən əməliyyatlar
- Pul köçürmələri (CardToCard, CashByCode, VisaDirect, MoneySend)
- Kommunal, Mobil ödənişlər, Stasionar telefonlar, İnternet/TV xidmət ödənişləri
- Kredit ödənişləri
- Taksit əməliyyatlar
- Partnyor mağazalarda, daha öncədən endirim elan edilmiş məhsulun alışı zamanı, keşbek bonusu hesablanmaya bilər.
- Hökumət portalında etdilən ödənişlər
Bu məlumat sizə faydalı oldumu?Təşəkkür edirik!Siz artıq öz rəyinizi bildirmisiz! - Albalı Plus mobil əlavəsi
Albalı Plus kartının istifadəçiləri smartfonlarındakı unikal “Albalı Plus” mobil əlavəsinin köməyi ilə kartları haqda istənilən məlumatdan cəmi bir neçə dəqiqə ərzində xəbərdar olurlar.
Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək, karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, Albalı Plus kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı- bu imkanlar artıq Albalı Plus kartının yeni əlavəsində birləşib.Həmçinin, bank filiallarını, hətta yaxınlığınızda olan ATM ünvanlarını da mobil əlavədə görə bilərsiniz.
Mobil əlavədən Albalı Plus kart sahibləri daha hansı məlumatları ala biləcəklər? Mobil əlavə həyatınızı hansı yenilikləri gətirəcək? Bu haqda təqdim edilən video materialdan (https://www.youtube.com/watch?v=4fM_-DMcctE&feature=youtu.be ) öyrənə bilərsiniz.
Əlavənin yüklənməsi isə çox asandır. Play Market və App Store-a daxil olub yeni əlavəni mobil telefonunuza pulsuz yükləyə bilərsiniz. Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:
Android - https://play.google.com/store/apps/details?id=az.unibank.albali
iOS - https://itunes.apple.com/az/app/albal-plus/id972168616?mt=8&uo=4
“Albalı Plus” mobil əlavəsini istifadə edin, həm vaxtınıza qənaət edin, həm də arzunuzu reallaşdırın!
Bu məlumat sizə faydalı oldumu?Təşəkkür edirik!Siz artıq öz rəyinizi bildirmisiz! - SMS Taksit
Bu xidmət Albalı Plus kartları ilə partnyor olmayan mağazalarda (Pos-terminallarında, internetdə aparılan əməliyyatlar) alış-veriş edən zaman məbləği 2,3 və ya 6 taksitə bölmək mümkün olacaq. Bölünmə təklifi sms bildirişlə müştəriyə göndəriləcək.
Prosesin gedişatı aşağıdakı kimidir:Albalı Plus kartı ilə qeyri-partnyor mağazalarda və internet saytlarda əməliyyat etdikdə, müştəri əməliyyat haqqında ənənəvi SMS bildiriş alır. Həmin SMS bildirişdə əlavə olaraq məbləğin taksitlərə bölünməsi üçün kod təqdim olunur.
Nümunə: *7225 kartla emeliyyat 2014-09-11 13:06 PAYPAL *WWW.FRO-30.03AZN.Balans: 880.72 AZN.Taksit ID: 197947764
— Müştəri istəyinə uyğun olaraq etdiyi əməliyyatı 2, 3 və 6 taksitə bölə bilər. 2 taksitə bölünmə zamanı 3% 3 taksitə bölünmə zamanı 5% , 6 taksitə bölünmə zamanı isə 8% komissiya tutulur.— 2 taksitə bölmək üçün: Əməliyyat anından etibarən 1 saat ərzində T2 197947764 yazaraq, müştəri sms-də gələn kodu 8117-ə göndərməlidir. Burada T2 -dən sonrakı Taksit İD (197947764) avtomatik olaraq sistem tərəfindən hər bir müştəriyə əməliyyat zaman dəyişkən olaraq müəyyən edilib göndərilir. Ona görə də bölünmə xidmətindən istifadə etmək üçün müştəriyə sms- də göstərilən rəqəm yazılmalıdır
— 3 taksitə bölmək üçün: Göndərilmiş SMS mətnində T2 kodunu T3 kodu ilə əvəz etməklə əməliyyatı 3 taksitə bölə bilərsiniz. Əməliyyat anından etibarən 1 saat ərzində T3 197947764 yazaraq 8117-ə göndərməlidir.
— 6 taksitə bölmək üçün: Göndərilmiş SMS mətnində T3 və ya T2 kodunu T6 kodu ilə əvəz etməklə əməliyyatı 6 taksitə bölə bilərsiniz. Əməliyyat anından etibarən 1 saat ərzində T6 197947764 yazaraq 8117-ə göndərməlidir.
— Taksit İD kodu yalnız 30 AZN-dən ( və ekvivalenti) yuxarı əməliyyatlar üzrə göndərilir. Yəni, SMS Taksitə bölmək imkanı 30 AZN (ekvivalenti) və yuxarı olan əməliyyatlara aiddir.
*İstisna ödənişlər: kredit ödənişləri, nağd pulun çıxarılması, taksitli əməliyyatlar). Xarici ölkədə xidmətdən yararlana bilmək üçün mobil nömrənizdə rominq xidməti aktiv olmalıdır.
Taksitə bölünmə uğurla başa çatıbsa, müştəriyə bu barədə SMS daxil olacaq:Məs. Hörmətli müştəri, əməliyyatı məbləği 2(3;6) taksitə bölündü. Təşəkkür edirik!
Bu məlumat sizə faydalı oldumu?Təşəkkür edirik!Siz artıq öz rəyinizi bildirmisiz! - Endirimlər zamanı taksitli alış-veriş
Endirim zamanı Albalı qiyməti ilə nağd qiyməti fərqlənə bilər
Bu məlumat sizə faydalı oldumu?Təşəkkür edirik!Siz artıq öz rəyinizi bildirmisiz!